İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbəri Məcid Hadəmi həlak olub.
Bu barədə Yaxın Şərq KİV-ləri qurumun açıqlamasına istinadən xəbər verir.
Məlumata görə, general bazar ertəsi səhər saatlarında ABŞ və İsrailin zərbələri zamanı ölüb.
Qeyd edək ki, Məcid Hadəmi 2025-ci ilin iyununda SEPAH-ın kəşfiyyat bölməsinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.

