Aİ enerji qiymətlərinin artması səbəbindən əlavə 25 milyard avro xərc çəkib.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiprdə keçirilən qeyri-rəsmi sammitdən sonra açıqlama verib, məlumatı Reuters yayıb.
Onun sözlərinə görə, enerji xərclərindəki bu artım ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilə əlaqəlidir.
“Münaqişənin başlanmasından 54 gün ərzində enerji resurslarına çəkdiyimiz xərc 25 milyard avro artıb, halbuki biz əvvəlkindən daha çox qaz almamışıq.”
Fon der Leyen vurğulayıb ki, bu vəziyyət alternativ enerji mənbələrinə keçidin sürətləndirilməsini zəruri edir.

