ABŞ Prezidenti Donald Tramp iyunda Fransada keçiriləcək G7 liderlərinin görüşündə iştirak edəcək.
Bu barədə Axios portalı Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, görüşdə əsas müzakirə mövzuları süni intellekt, ticarət və cinayətkarlığa qarşı mübarizə olacaq.
Portalın mənbəsi bildirib ki, görüş real sazişlərin imzalanması ilə nəticələnməyəcək. Əsas məqsəd gələcək razılaşmalar üçün baza yarada biləcək ümumi konsensusun əldə olunmasıdır.
Mənbənin sözlərinə görə, Tramp ilk növbədə biznes məsələlərini müzakirə etmək niyyətindədir. O, ABŞ-da hazırlanmış süni intellekt alətlərinin tətbiqinin təşviqi, Çinin kritik mineral tədarük zəncirlərinə təsirinin azaldılması, narkotik qaçaqmalçılığı və qanunsuz miqrasiya ilə mübarizə, eləcə də Amerika ixracının artırılması məsələlərini gündəmə gətirmək istəyir.
Görüşün 15-17 iyun tarixlərində Fransanın cənub-şərqində yerləşən Evian-le-Ben şəhərində keçirilməsi planlaşdırılır.

