Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasını və Rusiya vətəndaşlarının üçüncü ölkələrə verilməsi ilə bağlı qərarlarını Moskvaya qarşı dost olmayan addımlar kimi qiymətləndirib.
Bu barədə RIA Novosti məlumat yayıb.
Şoyqu bildirib ki, Rusiya bu addımları ikitərəfli münasibətlərdə mənfi dəyişikliklər kimi görür.
Son illərdə Ermənistan rəhbərliyi tərəfindən açıq şəkildə dost olmayan bir sıra addımlar atılıb. Biz Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmanı, Rusiya vətəndaşlarının üçüncü ölkələrə verilməsini məhz belə qiymətləndiririk, — deyə Sergey Şoyqu bildirib.

