Suriya Prezidenti Əhməd Şara bu dəfə alışılmış rəsmi görüntülərdən uzaq halı ilə ölkə gündəminə düşüb.
Adətən güclü təhlükəsizlik tədbirləri və rəsmi mərasimlərlə ictimaiyyət qarşısına çıxan Şara bu dəfə tamamilə sadə və gündəlik həyat anı ilə kameraların obyektivinə tuş gəlib.
Sosial şəbəkələrdə sürətlə yayılan və geniş əks-səda doğuran görüntülərə görə, Əhməd Şara və həyat yoldaşı Lətifə əl-Durubi mühafizə ordusu və rəsmi kortej olmadan paytaxt Dəməşqdə bir restorana gediblər.
Kostyumunu çıxarıb daha rahat üsluba üstünlük verən Şaranın xanımı ilə birlikdə idman və gündəlik geyimdə olduğu diqqət çəkib.
Restorandakı digər müştərilərin təəccüblü baxışları arasında masa arxasına keçən cütlük bir müddət baş-başa qəhvə içib söhbət edib.

