ABŞ-da məhkəmə özünü Telegram-ın təsisçisi Pavel Durovun həyat yoldaşı adlandıran ukraynalı Marqarita Qluşkonun iddiasını rədd edib.
Bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Qluşko Durovu məişət zorakılığı, təqib, ölümlə hədələmə və seksual qısnamada ittiham edib. O, həmçinin Durovun maçeteli şəxslər tutduğunu və guya onu qazlı içki vasitəsilə zəhərləməyə çalışdığını iddia edib.
Qluşkonun tələbləri arasında 850 dollar təzminat, Durovun ona 90 metrdən çox yaxınlaşmasının qadağan edilməsi və oyun konsolları üçün hədiyyə kartları da olub.
Hakim şikayəti rədd edib. Bununla belə, Qluşkonun yenidən iddia qaldırmaq imkanı var.
Məlumata əsasən, ukraynalı qadın 2017-ci ildən özünü Durovun rəsmi həyat yoldaşı adlandırır, fotomontaj edilmiş kollajlar paylaşır və ondan övlad dünyaya gətirəcəyini bildirir.
Açıq mənbələrə əsasən, Pavel Durovun Qluşko ilə əlaqəsi olmayıb.

