Macarıstan polisi ölkənin Milli Bankının sabiq rəhbəri Dyörd Matolçini iqtisadi dələduzluq və saxta sənəddən istifadə etməkdə şübhəli bilinərək saxlayıb.
Bu barədə Macarıstanın “Telex” nəşri sabiq bank rəhbərinin vəkilinə istinadən məlumat yayıb.
“Müvəkkilim külli miqdarda maddi ziyana səbəb olan iqtisadi dələduzluqda və saxta şəxsi sənəddən istifadə etməkdə şübhəli bilinir”, – deyə vəkil bildirib.
Matolçi 2013–2025-ci illərdə Macarıstan Milli Bankına rəhbərlik edib. O, sabiq Baş nazir Viktor Orbanın hakimiyyəti dövründə ölkənin maliyyə siyasətində mühüm vəzifə tutub.
Məlumata görə, sabiq bank rəhbəri ilə yanaşı, daha bir neçə nəfər saxlanılıb. Onların arasında vəkil və Matolçinin oğlu Adam Matolçi ilə əlaqələndirilən Yunanıstanın Mikonos adasındakı villaya rəsmi olaraq sahib olan şirkətin rəhbəri də var.
Viktor Orbanın “Fides” partiyası istintaqın siyasi təzyiq olmadan, qərəzsiz aparılacağına ümid etdiyini bildirib.
Faktla bağlı araşdırma davam etdirilir.

