Noyabrın 25-nə keçən gecə Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazisində rekord sayda pilotsuz təyyarələrin hücumu olub.
Den.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk özünün Telegram kanalında məlumat verib.Komandirin sözlərinə görə, 75 pilotsuz uçuş aparatı ilə hücuma keçən Rusiya hərbiçilərinin əsas hədəfi Kiyev şəhəri olub.
Qeyd edək ki, bundan öncə Kiyevin bir neçə ərazisində partlayış səslərinin eşidildiyi barədə məlumatlar var. Hadisə şahidlərinin sözlərinə görə, partlayışların baş verdiyi ərazilər Qoloseyevski rayonu, Julyanı hava limanı və əsasən də şəhərin mərkəzi olub. Bundan başqa, Dnepropetrovsk vilayətində gecə saatlarında 1 raket və 5 PUA vurulub.
Rusiya Ukraynaya rekord sayda PUA ilə hücum edib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.