“Formula 1 yarışları ilə əlaqədar bütün təhsil müəssisələrində dərslərin bir həftə olmaması barədə heç bir şey yoxdur”.
Denmedia.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, bu hal sadəcə Formula 1-ə yaxın ərazilərdə yerləşən məktəblərdə keçərli ola bilər. Ənənəvi olaraq, 6 nömrəli, 132-134 saylı məktəblərdə bir həftəlik dərslər onlayn keçirilə bilər: "Amma bu barədə əlavə açıqlama veriləcək".