Yanvarın 21-də Türkiyəyə rəsmi səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin milli təhsil naziri Yusuf Tekin ilə görüşüb.
Bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər ümumi və peşə təhsili sahələrində Azərbaycan–Türkiyə əməkdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər. İki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin, eləcə də təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.

