İlk dəfə olaraq Azərbaycanın 7 universiteti QS World University Rankings by Subject 2026 siyahısında 22 təhsil proqramı ilə təmsil olunub.
Beləliklə, ölkə üzrə universitetlərin sayı demək olar ki, 2 dəfə, proqramların sayı isə 4 dəfə artıb.
Azərbaycan artıq regionda fərqlənir — Qafqazda bu reytinqdə təmsil olunan yeganə ölkədir.
Reytinqdə Bakı Dövlət Universiteti ilk 100-lükdə yer alaraq xüsusi nəticə göstərib.
Eyni zamanda, bu il Azərbaycan universitetlərinin mövqe artımı Türkiyə, Qazaxıstan və Özbəkistandan daha yüksək olub.
Reytinqdə ciddi irəliləyiş göstərən universitetlər:
- Bakı Dövlət Universiteti
- Azərbaycan Dövlət İqtisad Universiteti
- Azərbaycan Dillər Universiteti
Üç universitet nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb — dinamika diqqət çəkir.
Bundan əlavə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti reytinqə geri qayıdıb.
İlk dəfə siyahıya daxil olan universitetlər:
- Bakı Mühəndislik Universiteti
- Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Azərbaycan Texniki Universiteti
QS reytinqi dünya üzrə 1900 universitetin 21 mindən çox proqramını əhatə edir və 55 ixtisas sahəsi üzrə qiymətləndirmə aparır.
Qiymətləndirmə 5 əsas meyar üzrə həyata keçirilir:
- akademik nüfuz
- işəgötürənlər arasında reputasiya
- bir məqaləyə düşən istinad sayı
- H-index
- beynəlxalq elmi əməkdaşlıq göstəricisi

