Yeni tədris ilindən Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarla məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Həm qış, həm də yay köynəklərinin qiyməti 15 manatdır. Şalvar və ətəklər 25, jaketlər isə 30 manatdır. Paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur.
Bəs geyimləri ala bilməyən ailələr üçün hər hansı tədbir görülürmü?
Den.az bildirir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan Metbuat.az-a bildirilib ki, bu barədə hər hansı məlumat yoxdur.
“Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı tapşırıq verilməyib”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, vətəndaşların Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş formaları satış mərkəzlərindən alması və ya özlərinin tikdirməsi isə bağlı nazirlikdən açıqlama verilmişdi.
Elm və Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI - Məktəbli forması ala bilməyənlərə yardım ediləcək?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.