2026–2027-ci tədris ili üçün ümumtəhsil müəssisələrinin birinci siniflərinə qəbul mayın 6-sı saat 15:00-dan başlayır.
Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Valideynlər həmin tarixdən etibarən məktəb və müəllim seçimi edə biləcəklər. Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək.
Prioritet bölgələr sırasında Abşeron, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri yer alıb.
Digər dillərdə tədris aparılan bölmələr üzrə müsahibəyə yazılma mayın 6-sı saat 11:00-da başlayacaq və mayın 18-i saat 18:00-dək davam edəcək.
Müsabiqə əsasında qəbul aparılan məktəblər üçün qeydiyyat mayın 6-sı saat 15:00-dan iyunun 5-i saat 18:00-dək açıq olacaq. Bu kateqoriyaya Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi daxildir.
Birinci sinfə elektron qəbul ölkənin bütün şəhər və rayonlarındakı ümumtəhsil müəssisələrini əhatə edir.

