Xəbər verdiyimiz kimi , KİV-də yayılan məlumata görə, yaxın günlərdə ABŞ-ın prezidenti Donald Trampın qardaş ölkə Türkiyəyə planlaşdırılan səfəri, bölgədə geosiyasi dinamikaları yenidən nəzərdən keçirməyə səbəb ola bilər.
Den.az xəbər verir ki, bu səfər Azərbaycan üçün də bir neçə sahədə əhəmiyyətli nəticələr doğura bilər.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirovun fikrincə, Trampın Türkiyəyə səfəri iki ölkə arasında siyasi, iqtisadi və hərbi əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək. Bu əlaqələrin inkişafı, Azərbaycan üçün də müsbət nəticələr verə bilər, çünki Azərbaycan həm Türkiyə, həm də ABŞ ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir.
Türkiyə və ABŞ-ın yaxın şərqdə baş verən hadisələri müzakirə etməsi, regionun sabitliyi və təhlükəsizliyi üçün əhəmiyyətlidir.
Xəyal Bəşirov qeyd edir ki, Azərbaycanın enerji layihələri və regional mövqeyi bu səfər nəticəsində daha da güclənə bilər. Azərbaycanın tranzit və enerji resursları, Qərbə və region ölkələrinə olan strateji əhəmiyyəti daha da ön plana çıxa bilər.
Nəticə etibarilə, Trampın Türkiyəyə səfəri, həm Azərbaycanla əlaqələrin möhkəmlənməsi, həm də bölgədəki geosiyasi proseslərə təsir etmək baxımından əhəmiyyətli addım ola bilər.
Ellada Rəsul
Den.az