"Suriyaya sanksiyaların ləğv edilməsi barədə qərarı Ərdoğanla görüşlərimdən sonra verdim”.
Den.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O, Ər-Riyadda Səudiyyə Ərəbistanı-ABŞ Birgə İnvestisiya Forumundakı çıxışında bildirib ki, Suriyaya qarşı sanksiyalar ləğv ediləcək. Tramp, “Türkiyə lideri Ərdoğan da oxşar tələblə çıxış etdi. Bunu Yaxın Şərqdəki digər hörmətli dostlarım da söylədi. Suriyaya qarşı sanksiyaları qaldıracağıq" - deyə bildirib.
Qeyd edək ki, Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonda danışmışdı. Tərəflər iki ölkə arasındakı münasibətlərlə yanaşı regional və qlobal məsələləri müzakirə etmişdi.