Rusiya Prezidenti Vladimir Putindən Qalmaqallı BƏYANAT...
Den.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında Ukrayna ilə bağlı qalmaqallı bəyanatlar səsləndirib. Putin çıxışı zamanı bildirib: "Rusiya və Ukrayna bir millətin üzvləridir, bu baxımdan bütün Ukrayna bizimdir".
O, davam edərək əlavə edib: "Tarixi bir deyim var: rus əsgərinin ayaq basdığı yer Rusiyaya məxsusdur." Bu ifadə Rusiya prezidentinin Ukrayna ərazilərinin Rusiyaya aid olması ilə bağlı iddiasını gücləndirmək məqsədilə istifadə edilmişdir.
Putin, eyni zamanda, Qərb ölkələrinin Ukrayna ətrafında baş verən hadisələrdə güc mövqeyindən çıxış etməyə çalışdıqlarını, lakin bu yanaşmanın nəticə vermədiyini qeyd edib.
Rusiya dövlət başçısı, müharibənin müxtəlif mərhələlərində Ukraynaya hərbi əməliyyatları dayandırmaq və danışıqlara başlamaq təklifləri verdiklərini vurğulayıb: "Biz Ukraynanın kapitulyasiyasını tələb etmirik. Biz sadəcə Kiyev rejiminin reallığı qəbul etməsini istəyirik", deyə o əlavə edib.