Rusiya bu gecə Kiyevi atəşə tutub.
Den.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiyanın pilotsuz təyyarələri və ballistik raketlərinin Kiyevə kütləvi hücumu nəticəsində ölənlər olub.
“Şevçenkivski, Podolski, Qoloseyevski, Svyatoşinski, Solomenski və Darnitski rayonları atəşə tutulub. İlkin məlumatlara görə, 4 nəfər ölüb, azı 13 nəfər yaralanıb”, – deyə qurum əlavə edib.