Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampa Rusiyanın sülh razılaşması müqabilində Donetskin bəzi bölgələrindən geri çəkilməyin mümkünsüz olduğunu bildirib.
Denmedia.az Globalinfoya istinadən xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putin Kiyevin bütün Donetsk bölgəsini vermək şərti ilə “cəbhə xətlərinin əksəriyyətinin dondurulmasını” təklif edib. Zelenski Alyaska sammitindən sonra Trampla söhbətində Donetsk vilayətinin bütün ərazisini təhvil vermək təklifini rədd edib.