“ABŞ Ukraynaya hərbi kontingent yerləşdirmək niyyətində deyil”.
DenMedia.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.
“Bir şeyi dəqiq deyə bilərəm. Birləşmiş Ştatlar Ukraynaya qoşun yeritməyəcək. Biz avropalılara silah satacağıq. Onlar həmin silahları Ukraynaya ötürə bilərlər”, – Bessent bildirib.
Nazir bildirib ki, Rusiya hazırda avropalıları sınaqdan keçirir. O, avropalı müttəfiqləri Rusiya ilə münasibətləri iqtisadi sanksiyalar kontekstində nəzərdən keçirməyə çağırıb.
Onun sözlərinə görə, ABŞ deyil, Aİ ölkələri Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmalıdır.