Rusiya Xarici Kəşfiyyat Xidmətinin NATO-nun Moldovanı işğal etməyə hazırlaşması ilə bağlı məlumatı Avropada gərginliyi artırıb.
DenMedia.az xəbər verir ki, bu barədə “mk.ru” nəşri məlumat yayıb.
Bildirilir ki, Rumıniya ərazisində Moldova sərhədinə yaxın bölgələrdə alyansın hərbi hissələri cəmləşdirilib.
Məlumata əsasən, bölgəyə artıq Fransa və Böyük Britaniyadan hərbçilər gətirilib: onların məqsədi Moldovanı və Dnestryanı bölgəni təzyiq altında saxlamaqdır.
Qeyd olunur ki, bu məlumatdan sonra Moldova ordusunda böyük təlimlər başlayıb və Rusiya ilə sıx danışıqlar gedir.
Xatırladaq ki, Dnestryanı uzun müddətdir Moskvanın dəstək verdiyi separatçı rejimlə rəsmi Kişinyov arasında mübahisəli bölgə kimi qalır. Rusiya tərəfi dəfələrlə NATO-nun bölgədəki hərbi fəallığının regional sabitlik üçün təhlükə yaratdığını bəyan edib.Glibalinfo.az