General-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
“DenMedia.az” Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.
Xatırladaq ki, 50 yaşlı T.Mehdiyev 2014-cü ildən sözügedən vəzifəni icra edirdi.

