ABŞ İranla aparılan danışıqların yalnız nüvə məsələlərini əhatə etməsinə razılaşıb.
Bu barədə "RİA Novosti" iranlı məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, ABŞ-ın Maskatda danışıqlara qoşulması Tehranın müəyyən etdiyi çərçivələrin qəbul edilməsi deməkdir.
“Vaşinqton vasitəçilər üzərindən Tehrana mesaj göndərib ki, danışıqlar yalnız nüvə mövzusu ilə bağlı olacaq.”
Məlumata əsasən, İran tərəfi danışıqlarda öz “qırmızı xətləri”ni də müəyyənləşdirib. Dialoq yalnız nüvə proqramı ilə məhdudlaşacaq, Tehran uranın zənginləşdirilməsindən imtina etməyəcək və İranla bağlı regional məsələlərin, eləcə də raket proqramının müzakirəsinə razılıq verməyəcək.

