Qətər Müdafiə Nazirliyi ölkənin hava məkanında İrana məxsus raketin ələ keçirildiyini açıqlayıb. Bu barədə Al Jazeera məlumat yayıb.
Telekanalın məlumatına görə, raket Patriot zenit-raket kompleksi vasitəsilə zərərsizləşdirilib.
Qeyd edək ki, Qətər ərazisində Əl-Udeyd hərbi hava bazası yerləşir. Həmin bazada ABŞ hərbi aviasiyası da fəaliyyət göstərir.

