ABŞ və İran arasında danışıqlar aprelin 11-də İslamabadda başlayacaq.
Bu barədə Pakistanın baş naziri Şahbaz Şərif məlumat verib, Aja News xəbər verir.
“Şənbə günü Pakistanda ABŞ və İrandan nümayəndə heyətləri olacaq və biz danışıqların uğurla keçməsi üçün əlimizdən gələni edəcəyik”, — deyə Şahbaz Şərif bildirib.
Bundan əvvəl İran tərəfi danışıqların aprelin 10-na planlaşdırıldığını bildirmişdi.

