Bakıda Bakı Şəhərsalma Həftəsi çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilir.
Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, TDT-yə üzv ölkələrin QHT Platformasının tərəfdaşlığı ilə baş tutur.
Forumda 8 ölkədən — Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr və Macarıstandan vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.
İlk Həmrəylik Forumu 2025-ci ilin noyabrında Bakı və Naxçıvanda keçirilib. Həmin tədbirdə TDT-yə üzv ölkələrin QHT Platforması təsis olunub. TDT-nin hazırkı sədri kimi Azərbaycan bu platformaya rəhbərliyi öz üzərinə götürüb.
II Forum çərçivəsində ilk dəfə Azərbaycanın QHT-ləri ilə Qırğızıstan, Türkmənistan və Şimali Kipr QHT-ləri arasında əməkdaşlıq forumları keçiriləcək.

