Azərbaycan 2022-ci ildən bəri UN-Habitat ilə əməkdaşlıq çərçivəsində ölkədə üç milli şəhərsalma forumu təşkil edib. Tədbirlər Ağdam, Zəngilan və Xankəndidə keçirilib. Bu şəhərlər uzun illər işğal altında olub.
Bunu Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının WUF13 açılış mərasimində çıxışı zamanı bildirib.
Bu gün bu qlobal tədbiri təşkil etməklə biz şəhər planlaşdırmasının inkişafına dərin sadiqliyimizi bir daha nümayiş etdiririk,
— deyə dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycanda “Şəhərsalma və memarlıq ili” elan olunub.
Urbanizasiya bizim gündəlik olaraq üzərində işlədiyimiz məsələdir və bu, təkcə Bakıya deyil, Azərbaycanın bir çox digər şəhərlərinə də aiddir,— deyə Prezident bildirib.

