Venesuelada dağıdıcı zəlzələlərin qurbanları ilə əlaqədar 7 günlük milli matəm elan olunub.
Bu barədə ölkənin rəsmi nümayəndəsi Delsi Rodriges açıqlama verib.
Onun sözlərinə görə, matəm 1-7 iyul tarixlərini əhatə edəcək. Qərar iyulun 1-i saat 18:00-dan qüvvəyə minir.
“Zəlzələ qurbanlarının xatirəsinə bu gündən saat 18:00-dan etibarən 7 günlük milli matəm elan etmək qərarına gəldim”, — deyə Rodriges bildirib.
O, həmçinin zəlzələ nəticəsində xəsarət alanlara tezliklə sağalmağı arzulayıb.
Rodriges qeyd edib ki, ölkə iyunun 24-də baş verən yeraltı təkanların səbəb olduğu insan itkilərinə görə yas içindədir.

