ABŞ Prezidenti Donald Tramp Türkiyənin sədrliyi ilə Ankarada keçirilən 36-cı NATO sammitində iştirak etmək üçün paytaxta gəlib.
İki gün davam edəcək forum çərçivəsində ABŞ lideri Şimali Atlantika Alyansına üzv ölkələrin dövlət və hökumət başçılarının iclaslarında iştirak edəcək. Trampın sammit zamanı dünya liderləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
İlk görüşlərdən birinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutacağı bildirilir.
Sammitin gündəliyində kollektiv təhlükəsizliyin gücləndirilməsi, müttəfiqlərin müdafiə xərclərinin artırılması, Ukraynaya dəstək və müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı kimi məsələlər yer alır.

