Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçentso Montella ilə əməkdaşlığa son verib.
Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
Qərar Türkiyə Futbol Federasiyası İdarə Heyətinin iclasından sonra qəbul edilib.
Beləliklə, italiyalı mütəxəssis Türkiyə millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Vinçentso Montella 2023-cü ildən Türkiyə millisini çalışdırırdı.

