İstanbulda güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 6 nəfərə çatıb.
Bu barədə İHA agentliyi məlumat yayıb.
Bildirilib ki, şəhərin şimalındakı Ayazağa rayonunda itkin düşən Türkmənistan vətəndaşı Murat Babadjonovun meyiti Haliç körfəzində tapılıb. Bununla da daşqınlar nəticəsində ölənlərin sayı altıya yüksəlib.
İstanbul valisi Davut Gül güclü leysanlardan sonra beş nəfərin itkin düşdüyünü açıqlamışdı.
Oktyabrın 14-də İstanbulda bir gün ərzində 270 millimetrdən çox yağıntı qeydə alınıb. Bu, şəhərin müasir tarixində rekord göstərici olub.
Leysan yağışları nəticəsində küçələr və bütöv məhəllələr su altında qalıb, avtomobillərin hərəkəti çətinləşib, ictimai nəqliyyatın fəaliyyətində fasilələr yaranıb.

