Avropa İttifaqında (Aİ) etirazların daha da güclənəcəyi, payız və qış aylarında yeni iğtişaş dalğalarının baş verə biləcəyi proqnozlaşdırılır.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, qış aylarında elektrik enerjisinin qiymətinin artması əhalinin maddi vəziyyətini daha da ağırlaşdıra və narazılıqları gücləndirə bilər.
“Vəziyyət daha da pisləşəcək. Çünki qışda elektrik enerjisinin qiymətinin artacağı gözlənilir və bu, ailə büdcələrinə ciddi yük olacaq”, – deyə məqalədə qeyd olunub.
Bildirilir ki, etirazların davam etdiyi ölkələrin hamısında yaxın aylarda seçkilərin keçirilməsi gözlənilir.

