2 
may
2024
12:03
85
Yuxarı
Kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
2 may, 2024
12:03
85
Kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib.
Den.az DİN-ə istinadən xəbər verir ki, Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib. Nəticədə Pirallahı qəsəbəsi ərazisində kəsici-deşici alətlərin satışının təşkil edildiyi balıqçı mağazası müəyyən edilib. Obyektdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 129 ədəd bıçaq və 14 ədəd balta aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub. Mağazanın sahibi T. Əsgərzadə barəsində araşdırmalar davam etdirilir.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar