Samur-Abşeron kanalında 14 yaşlı yeniyetmə çimərkən batıb. Bədbəxt hadisə Ceyranbatan gölünə axın hissəsində qeydə alınıb.
“Den.az” xəbər verir ki, 14 yaşlı Sübhan Mirzəyev Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində dostları ilə birlikdə çimərkən boğulub.
Yoldaşlar sudan çıxa bilsələrdə, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Dərhal hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.
Mərhumun əmisi oğlu Zaur Mirzəyev həmin kanalın Ceyranbatan hissəsini olduqca təhlükəli hesab edib və son bir il ərzində çoxlu insanın batdığını deyib. O bildirib ki, əgər Samur-Abşeron kanalının yaşayış massivi olan hissəsi bağlı olsaydı bu cür bədbəxt hadisələrdə yaşanmazdı.
Bir neçə saat axtarışlardan sonra Sübhan Mirzəyevin meyiti batdığı yerdən bir neçə metr aralıdan tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Kanalda batan yeniyetmə ilə bağlı İLGİNC DETALLAR: Hadisə necə baş verib?-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.