Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev barəsində cinayət işi açılıb.
“Den.az” “Bakupost”a istinadən xəbər verir ki, rayon prokurorluğu ona qarşı Cinayət Məcəlləsinin 313-cü, vəzifə saxtakarlığı maddəsi ilə ittiham irəli sürüb və təqsirləndirililən şəxs qismində istintaqa cəlb edilib.
Qeyd edək ki, 57 yaşlı Rauf Yəhyayev bir neçə dəfə qalmaqalla gündəmə gəlib. Bir müddət əvvəl onun pasiyenti döyməsi barədə video yayılmışdı, daha sonra sərxoş vəziyyətə toyda mahnı oxuması ilə gündəmə gəlmişdi.
Bu yaxınlarda isə onun özünün xəstəxanada bir neçə şəxs tərəfindən döyülməsi barədə məlumat yayılıb.
Qalmaqallı xəstəxana direktoruna cinayət işi açıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.