Amerikalı yutuber Elliot İstman Filippində qaçırılaraq öldürülüb.
Den.az xəbər verir ki, onun cəsədi dənizə atılıb.
Cəsədin axtarışları davam edir. Məlumata görə, İstman həyat yoldaşı Karişa ilə birlikdə olarkən 4 silahlı tərəfindən qaçırılıb. Hücum edənlər özlərini polis işçisi kimi təqdim edərək evə daxil olublar və İstman müqavimət göstərəndə onun ayağından atəş açıblar. Məlumata görə, yaralı halda gəmiyə mindirilən İstman qaçırılarkən həyatını itirib. Polis şahidin ifadəsinə əsaslanaraq, İstmanın qaçırılarkən öldüyünü və cəsədinin dənizə atıldığını bildirib. Hadisə yerinin araşdırılması zamanı İstmanın yaralandığı yerdə qan izləri və M16 tüfənginin boş patronu aşkar edilib. Hadisədən sonra Mindanao adasında Filippin polisi ilə silahlı qruplararasında toqquşmalar baş verib.
Qeyd edək ki, oğurlanmazdan əvvəl İstman sosial media paylaşımlarında yaşadığı ərazidə həyatının təhlükədə olduğunu bildirmişdi.Metbuat.az
Tanınmış yutuber qətlə yetirildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.