Sel suları Bakı–Quba yolunu iflic etdi.
Den.az xəbər verir ki, yağıntılı hava şəraiti nəticəsində Bakı–Quba magistral yolunun 71-ci kilometrindən 75-ci kilometrinədək olan hissədə sel suları yolu bağlayıb.
Hazırda bu ərazidə nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb. Avtomobillər sel sularında çətinliklə hərəkət edir, bəzi nəqliyyat vasitələrinin dayanmaq məcburiyyətində qaldığı bildirilir.
Hadisə yerində Saray Postundan YPX əməkdaşları xidmət aparır və nəqliyyatın təhlükəsizliyini təmin etməyə çalışırlar.
Əlavə məlumat veriləcək.
Ellada Rəsul
Den.az