Sumqayıtda ehtiyatsızlıqdan sirkə turşusu içən 70 yaşlı qadın xəstəxanada ölüb.
Den.az xəbər verir ki. verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
1955-ci il təvəllüdlü Şəhla Əvəz qızı Əhmədova evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.
O, Bakıda yerləşən xəstəxanalardan birinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.