Xaçmazda səhər saatlarından başlayan güclü külək nəticəsində elektrik enerjisi kəsilib.
" Den.az"-ın Şimal bürosunun məlumatına görə, hazırda Xaçmaz şəhəri də daxil olmaqla, rayonun əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi kəsilib.
Külək nəticəsində dağıntı və digər fəsadlarla bağlı hələ ki, məlumat yoxdur.
Nüşabə Baxşıyeva