Çeçenistanın paytaxtı Qroznıda yeniyetmə qız onuncu mərtəbədən yıxılıb.
Den.az Rusiya mediasına istinadla bildirir ki, hadisə şəhərin Axmatovski rayonunda çoxmərtəbəli binalardan birində baş verib. 13 yaşlı məktəbli qız pəncərəni yumaq üçün pəncərəyə çıxıb. Bir anda qız müvazinətini itirərək onuncu mərtəbənin hündürlüyündən yıxılıb.
Onu xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı ilkin araşdırma aparılır.