Rusiya ordusu Ukrayna şəhərlərini raket atəşinə tutub.
"Den.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
İyulun 23-nə keçən gecə raket zərbələri ilə əlaqədar Odessa, Nikolayev və Xerson vilayətlərində hava həyəcanı elan edilib.
Hərbi Hava Qüvvələrinin məlumatına görə, yerli vaxtla saat 00:25 radələrində Mozdok aerodromundan (Şimali Qafqaz) Rusiyanın "Tu-22M3" təyyarəsinin uçuşu qeydə alınıb.
Hərbçilər daha sonra qanadlı raketlərin buraxılması təhlükəsi barədə xəbərdarlıq ediblər.
Saat 00:54-də Odessa vilayəti istiqamətində "Kh-22" qanadlı raketlərinin buraxılışı qeydə alınıb.
Daha sonra Ukrayna Silahlı Qüvvələri əlavə edib ki, cənub rayonları istiqamətində “Kalibr” qanadlı raketləri və səsdən sürətli “Oniks” gəmi əleyhinə raketlərin buraxılışı da qeydə alınıb.
Den.az
Ruslar Ukraynanın cənubuna raketlərlə hücum edib, Odessada partlayış səsləri eşidilib - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.