Kürdəmirdə idarəetməni itirən avtomobil su kanalına düşüb, nəticədə bir neçə nəfər xəsarət alıb.
DenMedia.az xəbər verir ki, hadisə rayonun Bakı prospektində baş verib.
Məlumata görə, eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı avtomobil əvvəlcə motosikletə çırpılıb, daha sonra isə yol kənarındakı su kanalına düşüb. Qəza zamanı avtomobilin sürücüsü, qadın sərnişin və motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər. Hazırda faktla bağlı araşdırma aparılır.
Aqil Əsədov
DenMedia.az