Lipetsk vilayətində təlim uçuşundan sonra enişə hazırlaşan MiQ-31 qırıcısı qəzaya uğrayıb.
“Təxminən Moskva vaxtı ilə saat 19:20-də, Lipetsk vilayətində planlı tədris uçuşunu yerinə yetirdikdən sonra eniş zamanı MiQ-31 təyyarəsi qəzaya düşüb.
Ekipaj katapultasiya edib, pilotların həyatına təhlükə yoxdur,” – deyə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb, DenMedia.az xəbər verir.
Təyyarə yaşayış olmayan əraziyə düşüb, uçuş döyüş sursatı olmadan həyata keçirilib, bu da əhalinin təhlükəsizliyi üçün əlavə risklərin olmadığını göstərir.