Məşhur Kaliforniya “Disneyland” əyləncə parkında yaşlı bir qadın “Ruhlar evi” atraksionunu ziyarət etdikdən dərhal sonra dünyasını dəyişib.
DenMedia.az xəbər verir ki, bu barədə The Mirror nəşri məlumat yayıb.
Hadisədən öncə qadın yaxınlarına “bir az adrenalin yaşamaq istədiyini” demişdi.
O, parkın klassik qorxu atraksionlarından birinə — “Ruhlar evi” turuna qatılıb.
Ziyarətçilər burada köhnə malikanənin qaranlıq zallarından keçərək kabinələrdə “xəyallarla dolu” səhnələri izləyirlər.
Səyahət başa çatan kimi qadın birdən huşunu itirib.
Parkın əməkdaşları dərhal təcili yardım çağırıb və ürək-ağciyər reanimasiyası tətbiq ediblər, lakin bütün cəhdlər nəticəsiz qalıb.
Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
“Disneyland” rəhbərliyi hadisəni rəsmi olaraq təsdiqləyib və qadının ailəsinə dərin başsağlığı bildirib.