Xalq artisti Şahnaz Haşımova Gəncə şəhərində xəstəxanaya yerləşdirilib.
DenMedia.az “Teleqraf”a istinadla xəbər verir ki, Şahnaz Haşımova sabah əməliyyat olunacaq
“Anamın vəziyyəti, şükürlər olsun, yaxşıdır. Gəncədəki, özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər ki, mütləq əməliyyat olunmalıdır. Sabah günün birinci yarısına kimi əməliyyat olunmalıdır”, – deyə Xalq artistinin oğlu Tural Abdullayev bildirib.

