“Melissa” qasırğası Karib hövzəsində dağıdıcı hərəkətini davam etdirir.
Associated Press agentliyinin son məlumatına görə, həlak olanların ümumi sayı 49 nəfərə çatıb.
Haitidə baş verən daşqınlar nəticəsində azı 40 nəfər ölüb, daha 10 nəfər itkin düşmüş hesab olunur. Ölkənin cənubundakı Peti-Qoav şəhərində 20 nəfərin öldüyü təsdiqlənib, bunu Vətəndaş Müdafiəsi Agentliyinin rəhbəri Stiven Aristil bildirib. Şəhərin meri isə daha əvvəl 25 nəfərin həlak olduğunu demişdi. Hakimiyyət qurbanların sayının arta biləcəyi barədə xəbərdarlıq edib, çünki regionda leysan yağışlar hələ də davam edir.
Yamaykada səkkiz nəfərin öldüyü, Dominikan Respublikasında bir nəfərin həlak olduğu, daha birinin itkin düşdüyü bildirilir. Qasırğa həmçinin Kubada da ciddi dağıntılara səbəb olub.

