Tuzlanski.ba saytının məlumatına görə, Bosniya və Herseqovinanın Tuzla şəhərində yerləşən qocalar evində baş vermiş yanğın zamanı 10 nəfər ölüb.
Yanğın yeddinci mərtəbədə başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu əvvəlcə lokallaşdırıb, daha sonra tam söndürə biliblər.
Məlumata görə, 10 nəfəri xilas etmək mümkün olmayıb, daha 20 nəfər xəsarət alıb. Yaralananlar arasında yanğınsöndürənlər, polis əməkdaşları və tibb işçiləri də var.

