Pakistanın paytaxtı İslamabadda baş verən partlayış nəticəsində azı 12 nəfər həlak olub, 27 nəfər yaralanıb, — GEO TV xəbər verir.
Pakistanın daxili işlər naziri Möhsin Nakvi bildirib ki, terrorçu əvvəlcə paytaxt məhkəməsinin binasına daxil olmağa cəhd edib, lakin buna nail ola bilmədikdə binanın yaxınlığındakı dayanacaqda polis avtomobilinə hücum edib.
Hadisə yerli vaxtla saat 12:39-da (Bakı vaxtı ilə 11:39-da) baş verib. Güclü partlayış nəticəsində ərazidə panika yaranıb, məhkəmə binası dərhal təxliyə edilib.
Nazir vurğulayıb ki, baş nazir Şahbaz Şərif yaralıların ən tez zamanda tibbi yardım alması və terrorçunun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün göstəriş verib.

