İsrail Müdafiə Ordusunun hərbçiləri səhvən Livanda BMT-nin Sülhməramlı Qüvvələrinin (UNIFIL) əməkdaşlarına atəş açıblar. Bu barədə bazar günü EFE agentliyi İsrail hərbi komandanlığının bəyanatına istinadən məlumat verib.
Bəyanatda deyilir:
“Yoxlama göstərdi ki, şübhəli görünən şəxslər patrul xidməti aparan BMT missiyasının hərbi qulluqçuları imiş. Səhv mürəkkəb meteoroloji şərait səbəbindən baş verib.”
İsrail tərəfi bildirib ki, insidentlə bağlı əlavə araşdırma aparılır.
Bundan əvvəl BMT məlumat vermişdi ki, Livanda bir neçə sülhməramlı atəşə tutulub — İsrail hərbçiləri onlara pulemyotdan atəş açıblar. Xəsarət alan olmayıb.

