Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib.
2006-cı il təvəllüdlü Hüseynova Züleyxa Niyaz qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Qeyd edək ki, mərhum Ucra rayon sakinidir və sözügedən ünvanda kirayədə qaldığı bildirilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az

