Bakı–Ələt–Qazax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Denmedia.az -ın yerli bürosu xəbər verir ki, Ford markalı minik avtomobili qarşı istiqamətdən gələn nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, çoxlu sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar təcili tibbi yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəza səbəbindən sözügedən ərazidə nəqliyyatın hərəkətində müvəqqəti məhdudiyyət yaranıb, yol polisi tərəfindən təhlükəsizlik tədbirləri görülür.
Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdiriləcək.
*****
*Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı:
Bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.
Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.
Denmedia.az

